MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransa Səfirliyində azərbaycanlı məzunların şərəfinə ziyafət (3 fevral 2023-cü il)

Fevralın 3-də Fransanın ölkəmizdəki səfiri xanım Ann Buayon, səfirliyin iqamətgahında müxtəlif sahələrdən (iqtisadi, mədəni, elmi, akademik, inzibati) 50-dən çox Fransada oxuyan azərbaycanlı məzunları, o cümlədən, Azərbaycan-Fransa Məzunları Assosiasiyasının (AAAF) prezidenti və Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərovu, AAAF İdarə Heyətinin üzvü Məsim Məmmədovu qəbul etdi.

 

Səfir, ikitərəfli münasibətlərin inkişafında və möhkəmlənməsində məzunların xüsusi rolunu, xüsusilə də “İdeyalar Gecəsi”, Fransa-Azərbaycan əmək və ya tələbə yarmarkası “Fransada təhsil almaq” kimi tədbirlərin təşkilində AAAF-ın töhfəsini vurğuladı. O, 1883-cü ildə Strasburq Universitetinin doktorantı, məzunların ilki olan Mövsüm bəy Xanlarov və onun karyerasından danışdı. Bu gün, məzunların sayı minə çatır, onlardan 400 nəfərə yaxını Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunudur. Eyni zamanda, bu ildən başlayaraq may ayı ərzində Ümumdünya Məzunlar Günü təsis ediləcəyi qeyd edildi.

 

Vazeh Əsgərov və Məsim Məmmədov nitq zamanı Azərbaycan və Fransa arasında əlaqələrin inkişafında keçmiş tələbələrin rolunu müzakirə etdilər və məzunları, qarşılıqlı yardım, həmrəylik və dostluq şəbəkəsi olan Azərbaycan-Fransa Məzunları Assosiasiyasına qoşulmağa dəvət etdilər.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow