MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransa səfiri Bakının 132-134 saylı məktəbində

Artıq bir neçə ildir ki, Fransa Səfirliyi ilə birlikdə gücləndirilmiş erkən fransız dili öyrənmə proqramını inkişaf etdirən 132-134 nömrəli məktəb, 22 may 2023-cü il tarixində Fransa səfiri xanım Ann Buayonu, eləcə də, Mədəniyyət və Əməkdaşlıq müşaviri cənab Şarl Dönie və Fransız İnstitutunun direktor müavini cənab Conatan Ünlünü, Frankofoniyanı qeyd etmək üçün müəllim və tələbələrin hazırladığı fransız dilində tamaşaya dəvət etdi.

 

1998-ci ildən bəri Fransa Səfirliyi və Fransız İnstitutu, 132-134 saylı təhsil kompleksində, direktoru Sara Xanlarova ilə birlikdə, bu fransız dilli spesifikliyin yaradılmasına fəal dəstək verir. Məktəbin direktoru görüş zamanı xanım səfirə məktəbdə ikidilli bölmələr yaradaraq fransız dilinin tədrisini daha da gücləndirmək niyyətində olduğunu bildirdi.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow