MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Village français 2023. Azərbaycanın fransız dili müəllimlərinin nəzərinə. Qeydiyyatdan 1 iyun 2023 tarixinədək keçin !

Azərbaycanda Fransız İnstitutu (İFA) 26-30 iyun tarixlərində Village français 2023 təlim tədbirini təşkil edəcək. 

 

Azərbaycanın məktəb, lisey və universitetlərinin fransız dili müəllimlərinə ünvanlanacaq təkmilləşdirmə dərsləri fransız və azərbaycanlı müəllimləri tərəfindən keçiriləcək. Təlimin iki əsas məqsəd üzərində qurulacaq. İlk olaraq fransız dili dərslərini dinamik üsulla keçirmək məqsədini daşıyan proqram və müəllimlərin fransız dili və mədəniyyəti üzrə biliklərinin artırılmasını nəzərdə tutan proqram. 

 

Təlimdə iştirak üçün təlim, yaşayış və qidalanma xərclərini İFA öz üzərinə götürəcək. İştirakçılar isə öz növbələrində yol xərclərini qarşılamalı olacaqlar. 

 

Vacib məlumat : Bu il keçiriləcək təlim tədris proqramında Fransaya səfər mükafatlı müsabiqə təşkil olunmayacaq. 

 

Village Français 2023- də iştirak üçün irəlidəki formanı 01/06/2023 tarixinədək doldurmağınız xahiş olunur.

 

Yerlər məhdud olduğundan, iyun ayının əvvəli seçilmiş namizədlər ilə əlaqə saxlanılacaq. 

 

Ətraflı məlumat üçün bizimlə irəlidəki nömrələr ilə 012 596 35 80  əlaqə saxlaya, contact@ifa.az elektron ünvanına isə məktub yazaraq müraciət edə bilərsiniz. 

 

francais fle

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow