MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Campus France Azərbaycan mərkəzinin nümayəndələri hər il olduğu kimi Fransada təhsil ilə bağlı maraqlanan gənclərlə görüşmək məqsədilə A2 təhsil yarmarkasında iştirak edib

Çox sayda gənc müxtəlif təhsil layihələrini müzakirə etmək və onlara uyğun mövcud imkanları tanımaq üçün həftəsonu 6 və 7 may tarixlərində bizimlə görüşməyə gəlmişdilər.

Fransa bütün sahələrdə fransız və ingilis dilli tələbələrə bir çox təhsil imkanları təklif edir. Fransanın istənilən ali təhsil müəssisəsində oxumaq münasib qiymətə yüksək səviyyəli təhsil almağa və istər Azərbaycanda, istərsə də başqa ölkələrdə iş bazarında yüksək qiymətləndirilən beynəlxalq səviyyədə tanınan diplom əldə etməyə təminat verir. Paris, Strasburq, Monpelye, Lion, Lil, Bordo və ya başqa şəhərlədə təhsil almaq həmçinin dünyanın hər yerindən gələn tələbələr üçün fransız mədəniyyətini və dilini kəşf etmək, unudulmaz və zəngin təcrübə yaşamaq deməkdir.

 

Fransa üçün təhsil layihənizi dərinləşdirmək məqsədilə Campus France saytını izləyin və Azərbaycanda Fransız İnstitutuna gəlin.

A2 Campus France

Campus France A2 D

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow