MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Azərbaycanlı frankofon yazıçı Şamxal Həsənovla cümə günü 14 aprel saat 18.30-da görüş

Frankofoniya 2023  münasibətilə Azərbaycanda Fransız İnstitutu gənc azərbaycanlı frankofon yazıçı Shamkhal Hasanov  öz məkanında qarşılamaqdan məmnunluq hiss duyur. Onun fransız dilinə tərcümə edilmiş "Səs və ya Qırmızı" ( « Le Bruit ou le Rouge » ) romanının təqdimatı 14 aprel 2023-cü il cümə günü saat 18:30-da İFA-nın media kitabxanasında baş tutacaq və kokteyllə davam edəcək. Bu tədbir azərbaycanca təqdim olunacaq. 

Çağdaş nəsr prinsiplərinə uyğun olaraq şüuraxını və daxili monoloq fəndlərilə qələmə alınan və obrazların öz təhkiyəsində təqdim olunan “Səs və ya Qırmızı” romanı hisslərin dərinliklərinə və incəliklərinə vararaq Azərbaycanda bir ilkə imza atır. İflic ata başındakı səslərdən yorğun düşən metafizik mövcudluğundan can qurtarmaq üçün yatağında keçmiş “canlı” həyatından və “Qırmızı” dünyasından söz açır, güclü ironiya ilə şıltaq hafizəsini dindirir, əxlaqı, doğrunu, xoşbəxtliyi və yaddaşı sorğulayır.

Hadisələr əsasən ata, oğul və ana üçbucağında dövr edir. Ailənin təsirli hekayəsi boyunca özünü axtaran xəyalpərəst oğulun iç səslərini və ailəsini hər vəchlə qoruyan, oğlunu gerçəkliyə gətirməyə çalışan, onda atasının təkrarını görməkdən çəkinən ananın iç səslərini eşidirik. Ananın rasionallığımı qalib gəlir, yoxsa oğulun kitablara meyil edən həssaslığı? Suallara cavab axtaran oxucu obrazların dünyasına onların gözündən baxır, müxtəlif heyvanların və Vicdanın əsas hadisələrlə çarpazlaşan monoloqlarını dinləyir.

shamkhal hasanov le bruit ou le rouge

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow