MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

ADA University -də, Fransada təhsilin və Fransa Dövlət Xidməti İnstitutunun (INSP, əvvəlki adı ENA) təqdimatı

Aprelin 6-da Fransa Səfirliyi, ADA University  -də, Fransada təhsilin və Fransa Dövlət Xidməti İnstitutunun (INSP, əvvəlki adı ENA) təqdimatını təşkil etdi.

Fransa səfirliyinin akademik və elmi əməkdaşlıq attaşesi və Campus France Azerbaïdjan üzrə məsul şəxs Augustin Huot de Saint-Albin, ADA-nın tələbələrinə Fransada təhsil almaq üzrə məlumatlar təqdim etdi.

Öz ölkələrinin idarəçiliyində karyera planlaşdıran bəzi tələbələr də Fransa Dövlət Xidməti İnstitutunun (INSP) təqdimatından faydalandılar.

Fransanın Azərbaycandakı Səfirliyində təcrübə keçən INSP tələbəsi Kərim Ajrafi, bu institutun fəaliyyəti, yüksək səviyyəli dövlət vəzifələrinə yiyələnmək üçün bərabər imkanları, müxtəlifliyin təşviqinə yönəlmiş islahatları, o cümlədən, vətəndaşların ehtiyaclarına daha yaxın yanaşmanın inkişafı barədə ətraflı məlumat verdi.

Son olaraq, səfirliyinin əməkdaşlıq və mədəni fəaliyyət şöbəsinin əməkdaşı Arzu Əbdülxalıqov, dövlət məmurları üçün müxtəlif təlim silsilələri və təqaüd imkanlarını təqdim etdi.

Bu tədbir, həm də, yanvarın 25-dən Fransa Səfirliyində təcrübə keçən İNSP tələbəsi Kərim Ajrafi ilə tanış olmaq üçün fürsət oldu.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow