MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

20 mart, Beynəlxalq Frankofoniya Günü

Hər ilin 20 mart tarixində fransızdilli ölkələrdə və fransız dilinin daha az danışıldığı ölkələrdə Beynəlxalq Frankofoniya Günü qeyd olunur. 

 

Frankofoniya ilk olaraq fransız dilini paylaşan qadınlar və kişilərdir. Fransanın fransız dili üzrə Milli Observatoriyasının 2018-ci ildə dərc etdiyi sonuncu hesabata uyğun olaraq 5 qitə nəzərə almaqla onların ümumi sayı 321 milyon nəfər təşkil edir.

 

Bu il, Beynəlxalq Frankofoniya Günü frankofon mədəni yaradıcılığını, onun müxtəlifliyini, ən əsası onun internet üzərindən onlayn « əlçatımlılığını »-ın vacibliyini qeyd edir.

 

Həqiqətən rəqəmsal aləmin təsiri frankofon icmasına əziz olan mədəni və dilçilik müxtəliflik prinsipi haqda düşünməyi vadar edir. Dünyada milyonlarla fransız dilində danışan insan yaşayır və onların istəyi internetdə fransız dilində məlumatların yerləşdirilməsidi. 

 

Azərbaycanda bu günü qeyd etmək üçün bir sıra tədbirlər təşkil olunacaq. Baharın gəlişini əks etdirən Novruz Bayramını tam qeyd etmək üçün ənənəvi olaraq Azərbaycanda Frankofoniya Günləri aprel ayında qeyd olunur. Frankofoniya günlərində təşkil olunacaq tədbirlər haqda xəbərdar olmaq üçün bizi yaxından izləməyi tövsiyə edirik.  

frankofoniya

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow