MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

"France Excellence" təqaüd proqramı açıq elan olunur ! • Müraciətlər üçün son tarix : 23 aprel 2023-cü il

"France Excellence" təqaüd proqramı açıq elan olunur !

 

"France Excellence" (əvvəlki adı ilə BGF) təhsil təqaüdü proqramı Fransada təhsil almaq istəyən azərbaycanlı tələbələrə 10 ay müddətinə verilir.

Təqaüdə layiq görülənlər aşağıdakı üstünlüklərdən yararlanacaqlar : 

·       860 € məbləğində aylıq təqaüd

·       28 yaşdan aşağı olan tələbələr üçün sosial yardım 

·       uzumüddətli tələbə vizası

·       CROUS yataqxanalarına daxil olmaq üçün köməklik

 

*Diqqət, təhsil haqqı qarşılanmır. 

 

Şərtlər :

 

·       Milliyyətcə azərbaycanlı olmaq

·       Minimum bakalavr təhsil dərəcəsinə uyğun diploma sahib olmaq və ya əldə etmək prosesində olmaq

·       Təhsil alacağınız dildən asılı olaraq fransız və ya ingilis dili üzrə minimum B2 səviyyəni təsdiq edən sənədi təqdim etmək

·       Magistratura pilləsi üzrə təhsil proqramına sənəd göndərmək (magistraturanın 1-ci və ya 2-ci kursu) 

 

 

Müraciət üçün tələb olunan sənədlər :

(alacağınız təhsil dilindən asılı olaraq fransız və ya ingiliscə) 

 

·       Pasportun surəti

·       CV

·       Motivasiya məktubu

·       Fransa universitetinə daxil olana qədər aldığınız ən sonuncu diplomun və diplom əlavəsinin surətləri və notarial qaydada tərcümələri 

·       Minimum B2 səviyyəsini təsdiq edən dil sertifikatı 

·       Qəbul və ya ilkin qəbul məktubu (əgər alınıbsa)

 

 

Müraciət təqvimi :

·       Müraciətlərin açılması : 10 mart 2023-cü il

·       Müraciətlər üçün son tarix : 23 aprel 2023-cü il 

·       Sənəd əsasında ilkin seçim və müsahibəyə çağırılma mərhələsi : 2023-cü il aprelin sonları 

·       Son nəticələrin açıqlanması : 2023-cü il may ayı 

 

Bütün sənədlərinizi PDF formatda aşağıdakı elektron ünvana göndərməyiniz xahiş olunur : medina.mollaeva@ifa.az   

 

 

 

France terre de jeux1

France terre de jeux2

France terre de jeux3

france 5

france 6

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow