MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

UFAZ-da konfrans : « 1960, 1970-ci və 1980-ci illərdə Bakının rəmzi layihələri: Azərbaycan sovet modernizmində beynəlmiləl və milli »

Martın 9-da Heydər Əliyevin 100 illiyi çərçivəsində , Fransanın Azərbaycandakı səfirliyi, Fransız İnstitutu və Azərbaycan-Fransız Universitetinin (UFAZ) birgə təşkilatçılığı ilə UFAZ-da “1960, 1970-ci və 1980-ci illərdə Bakının rəmzi layihələri: Azərbaycan sovet modernizmində beynəlmiləl və milli” adlı konfrans təşkil olunub. 

Tədbirdə UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov qonaqları salamlayaraq, Heydər Əliyevin sovet dövründə rəhbərlik etdiyi vaxtlarda Bakının memarlığına böyük diqqət göstərdiyini vurğulayıb.

 

Konfransda əsas məruzəçi kimi 2015-ci ildə Moskva Memarlıq İnstitutunda, 2018-ci ildə Parisdə Val de Seine Milli Ali Memarlıq İnstitutunda təhsilini başa vurmuş, Parisdəki Milli Şərq Dilləri İnstitutunda (INALCO) rus tarixi və sivilizasiyası üzrə magistr dərəcəsinə malik memar və tədqiqatçı Paul Wolkenstein çıxış edib. Onun tədqiqatları 1960-1980-ci illər arasında Zaqafqaziya və Orta Asiyada sosialist memarlığına yönəlib.

 

Təqdimat zamanı Paul Wolkenstein 1960-cı ildən 1980-ci ilədək Bakıda yerləşən bir çox rəmzi binalarının arxasındakı hekayələri bölüşüb. Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb.

(Mənbə:UFAZ)

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow