MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

“Azərbaycan sovet modernizmində 1960, 1970 və 1980-ci illərin beynəlxalq və milli Bakı rəmzi layihələri ” mövzusunda 9 mart, saat 16:30, UFAZ (Nizami küç. 183) konfrans..

“Azərbaycan sovet modernizmində 1960, 1970 və 1980-ci illərin beynəlxalq və milli Bakı rəmzi layihələri ”

Qısa bioqrafiya

Pol Volkenstein memardır. Moskva Memarlıq İnstitutunu (2015) və Paris Val de Seine Milli Ali Memarlıq İnstitutunu (2018) bitirib. Parisdə yerləşən Milli Şərq Dilləri İnstitutunda (INALCO) Rusiya tarixi və sivilizasiyası üzrə magistr dərəcəsi alıb. Onun tədqiqatları 1960-1980-ci illərdə Zaqafqaziya və Orta Asiyada sosialist memarlığına yönəlib.

Qısa Təsvir

Mütləq modernist olan Brejnev memarlığı nəyin bahasına olursa olsun Xruşovun monotonluğunu qırmağa çalışırdı. Yaşayış binaları, məktəblər, məhəllələrin kiçik infrastrukturu “tipik dizaynlar”la tikildiyi halda, paytaxtların rəsmi binaları fərdi “müəllif” layihələri üzrə layihələndirilirdi. Bu faktı bütün sovet sosialist respublikalarında müşahidə etmək olardı, lakin biz bunu xüsusi olaraq Bakıda araşdıracayıq. Yerli əhalinin izi, milli çalarların çəkisi və siyasi kontekst dövlət binalarının memarlığına hər yerdən daha çox təsir edib.

konfrans

konfrans 2

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow