MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

UFAZ tələbələri Fransada keçirilən ActInSpace Hakatonunun Beynəlxalq Finalının qalibi seçilib!

UFAZ tələbələri Fransada keçirilən ActInSpace Hakatonunun Beynəlxalq Finalının qalibi seçilib!


ActInSpace 2022 Azərbaycan hakatonunun qalibi olan UFAZ-ın Nexus komandasının Fransanın Kann şəhərində keçirilən ActInSpace Beynəlxalq Finalında 1-ci yeri qazandığını bildirməkdən qürur duyuruq!


UFAZ tələbələri Ömər Nuruzadə, Emin Xəlifəyev, Gülər İsmayılova, Sənan Çaharkama və Araz Şəfiyevdən ibarət Nexus komandası yanacaq sərfiyyatının səmərəliliyi və karbon emissiyalarını azaltmaq üçün uçuş trayektoriyalarını optimallaşdıran həll təklif edib. Qaliblər “Airbus 310 Zero G” Qran-Pri mükafatını - çəkisizlik şəraitində uçuş imkanı əldə edib.


Bundan əlavə, Nexus komandası finaldan əvvəl Avropa İttifaqı Kosmik Proqramlar Agentliyinin (EUSPA) xüsusi mükafatını qazanıb. EUSPA mükafatı sabahın innovatorlarını bərpaolunan enerji mənbələrinə keçidi dəstəkləyən və ya enerji səmərəliliyi və qənaətini yaxşılaşdıra biləcək məhsul və xidmətləri inkişaf etdirməyə çağırır.


ActInSpace Fransa Milli Kosmik Araşdırmalar Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyi (ESA) tərəfindən təşkil olunan kosmik texnologiyaların cəmiyyət üçün istifadəsini nəzərdə tutan beynəlxalq hakatondur. Ümumilikdə, bu il yarışmada 35 ölkənin 66 şəhərini təmsil edən komandalar iştirak edib.


Xatırladaq ki, Azercosmos ilə yanaşı Fransanın Azərbaycandakı səfirliyi, Step IT Academy və C’est Bon ketrinq şirkəti də yarışmanın Azərbaycan finalının keçirilməsinə dəstək verib.


Tələbələrimizi təbrik edir, onlara daha böyük nailiyyətlər arzulayırıq!

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow