MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Görmə qabiliyyətini itirmiş insanların istifadəsi üçün nəzərə çarpan nöqtəli əlifba sisteminin (Brayl əlifbası) ixtiraçısı Lui Braylın xatirəsinə həsr olunmuş tədbir

Yanvarın 18-də Fransa səfirliyi Landmarkda Lui Brayl və onun simasında görmə qabiliyyəti olmayan şəxslərin Azərbaycan cəmiyyətinə inkluziyasına həsr olunmuş konfrans təşkil etdi. 50 nəfərə yaxın qonağın bir araya gəldiyi tədbirdə Fransanın ölkəmizdəki səfiri xanım Ann Buayon da iştirak edib.

Tədbirdə, həmçinin, hüquq professoru Elnur Yazov, aktrisa Günay Məmmədova və cüdo üzrə paralimpiya çempionu İlham Zəkiyev kimi Azərbaycan vətəndaş cəmiyyətinin tanınmış simaları çıxış ediblər. Onlar dərin emosiya ilə öz həyat təcrübələrini və yaşadıqları çətinliklərini iştirakçılar ilə paylaşıblar. 

Parisdən birbaşa videobağlantı vasitəsilə çıxış edən Gənc Gözdən Əlillər üzrə Milli İnstitutun direktoru cənab Stefan Gayarın müstəsna iştirakını da qeyd etmək lazımdır. Lui Bray həmin bu institututda təhsil almış, dərs demiş və Brayl əlifbasını ixtira etmişdi.

 

Tədbir həm də 1809-cu il yanvarın 4-də anadan olmuş Lui Braylın humanitar dühasını yad etmək üçün bir fürsət idi. 2022-ci ilin iyun ayında biz onun Pantheona daxil olmasının 70 illiyini qeyd etdik. 

 

Cənab Qayar öz çıxışından istifadə edərək iştirakçıları Brayl əlifbasının yaradılmasının 200 illiyi münasibətilə 2025-ci ildə Parisdə keçiriləcək beynəlxalq simpoziuma dəvət etdi.

Lui Brayl və Gənc Gözdən Əlillər üzrə Milli İnstitutu haqqında daha ətraflı məlumat əldə etmək üçün: http://www.inja.fr/

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow