MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransız dili dərsləri - 2023 Qış sessiyası - Şifahi ifadə dərsləri

Fransız dili dərslərinin bütün səviyyələrinə qeydiyyat 19/01/2023 tarixinədək açıq elan olunur.

Fransız dili dərslərinə qeydiyyat bir sessiya üçün (50 saat) həyata keçirilir.

 

Bir sessiya 25 dərsdən ibarət olur ( standart dərslər həftədə 2 dəfə, intensiv dərslər həftədə 4 dəfə keçirilir). Dərslər canlı olaraq İFA-da keçirilir və dərslərə onlayn qoşulmaq mümkündür. Sinif otaqlarımız hibrid dərsləri keçirmək üçün avadanlıqla təchiz olunublar.

 

Yeniyetmələr və uşaqlar üçün başlanğıc və elementar qruplar təklif olunur.

Fransız dili dərslərinə qeydiyyatdan keçdiyiniz zaman İFA-nın məkanında yerləşən kitabxanaya üzv olmaq imkanı ilə yanaşı Fransız İnstitutunun rəqəmsal kitabxanası Culturethequedən də ödənişsiz istifadə edə biləcəksiniz.

 

Ətraflı məlumat üçün vaxt itirmədən bizimlə əlaqə saxlayın 

 

+994 51 207 02 98

+994 51 207 02 99

+994 12 596 35 80

contact@ifa.az

exp az

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow