MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

UFAZ-da ActInSpace 2022 beynəlxalq hakatonu baş tutacaq

Azərbaycan-Fransız Universiteti 18 və 19 noyabr tarixlərində keçiriləcək Fransanın Kosmik Araşdırmalar üzrə Milli Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyinin (ESA)-nın təşkil etdiyi kosmik proqramlara həsr edilmiş beynəlxalq ActInSpace hakatonuna 3-cü dəfə ev sahibliyi edir. Daha əvvəl keçirilən yarışlarda olduğu kimi bu dəfə də ActInSpace Azərbaycan müsabiqəsinin əsas tərəfdaşı kimi Azercosmos çıxış edir.

ActInSpace eyni vaxtda 5 qitədə 34 ölkə və 66 şəhərdə baş tutacaq. İştiakçılar fərqli sahələri təmsil edir və komanda şəklində verilən problemi 24 saat ərzində həll etməlidirlər. Bu yarışmanın məqsədi patentlər, proqram təminatı, verilənlər bazası və ya kosmik infrastrukturlara əsaslanaraq sahibkarlığın inkişaf etdirilməsi və kosmik tərəfdaşlar ilə insanlar arasında əlaqələri möhkəmləndirməkdir.

ActInSpace Azerbaijan yarışmasında müxtəlif universitetlərdən 150-dən artıq tələbə (32 komanda) iştirak etmək üçün qeydiyyatdan keçib. Yarış ərzində fərqli sahələri təmsil edən 20-dən artıq mentor iştirakçılara dəstək olacaq.

Qalib komanda fevral ayında Azərbaycanı beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək.

Azercosmos ilə yanaşı Fransanın Azərbaycandakı səfirliyi, Step IT Academy və C’est Bon keytrinq şirkəti də tədbirə dəstək verir.

UFAZ bütün sponsor və tərəfdaşlara əməkdaşlığa görə təşəkkür edir.

act in space

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow