MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Avropa Film Festivalının qayıdışı

Bakıda Avropa İttifaqının Nümayəndəliyinin digər İttifaqa daxil üzv ölkələrin nümayəndəlikləri ilə birgə 2010-cu ildə yaratdığı Avropa Film Festivalının XII-ci buraxılışı 14-25 noyabr tarixlərində baş tutacaq. 

 

Bu münasibətilə 12 Avropa ölkəsinin (Almaniya, Estoniya, Fransa, Xorvatiya, Latviya, Litva, Macarıstan, Çexiya, Rumıniya, Slovakiya, İsveç, Ukraina) filmləri orijinal səsdə alt-yazıları ilə paytaxtın müxtəlif kinoteatrlarında (Landmark, CinemaPlus kino mərkəzləri) Azərbaycan ictimaiyyətinə təqdim olunacaqlar. 

 

Fransanı bu il Nikola Parizenin baş rolları Fabris Lüçini və Anais Dömustiye ifa edən « Alice et le Maire » (2019) filmi 22 noyabr saat 19.00-da Landmark -da təmsil edəcək. 

 

Filmdə kiçik bir fransız şəhərinin icra başçısı Pol Teranonun 30 illik siyasi fəaliyyətdən sonra ilham axtarışı haqda bəhs edilir. Bu zaman ona mənəvi stimul vermək üçün, işçi heyət gənc fəlsəfəşünas Alis Eymanı köməkçi qismində dəvət edir. 

 

Mövcud yerləri nəzərə alaraq giriş sərbəstdir. 

Proqramla tanış olmaq 

film europeen

film europeen bakou

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow