MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Martın 1-dən 18-dək mədəni irsə həsr olunmuş FantazEU Festivalı: 22 fevral, mətbuat konfransı.

FantazEU festivalı 2022-ci il martın 1-dən 18-dək Bakıda keçiriləcək. Bu festival Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşəbbüsü ilə bir çox Aİ-a Üzv Dövlətlərinin səfirlikləri və Art Council-in mədəniyyət sahəsində dəstəyi ilə keçirilir.

 

Bu festivalın məqsədi Azərbaycanda mövcud olan Avropa mədəni irsinə xüsusi diqqət yetirməklə, Azərbaycan və Avropa irsləri arasında əlaqəni nümayiş etdirməklə Avropa irsinin müxtəlifliyini təşviq etməkdir.

 

Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan fransız İnstitutu bu festivala öz töhfəsini verəcək və 22 fevral 2022-ci il tarixində, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Səfiri, cənab Peter Michalkonun sədrliyi ilə keçirilmiş mətbuat konfransında əməkdaşlıq və mədəniyyət müşaviri, Azərbaycan fransız İnstitutunun direktoru cənab Jerom Kel iştirak edib.   

 

Fransa üç tədbirdə iştirak edəcək:

O, saat 11-dən 17-ə qədər açıq olacaq və martın 10-dan 13-ə qədər « Art Tower Gallery »də baş tutacaq « Avropa körpüləri » sərgisində iştirak edəcək. Thorame-Haute (Alpes de Haute Provence departamenti) kommunasının "Dəyirman körpüsü"nün (Pont du Moulin) fotoşəkilləri, yerindən asılı olmayaraq, yerli irsi qorumaq istiqamətində yerli assosiativ təşəbbüslərin səfərbər edilməsinin vacibliyini göstərmək üçün orada sərgilənəcəkdir. O, Verdon çayının üstündən keçən 17-ci əsrə aid körpüdür və bölgə sakinlərinin təşəbbüsü sayəsində onun qorunmasının maliyyələşdirilməsini təmin etmək üçün ianə toplayan 624 məkan arasında "Təhlükədə olan Bern-İrs Missiyası" tərəfindən seçilmişdir.

 

Fransa həmçinin audiovizual sənədli film gecələri çərçivəsində, Versal Sarayı tərəfindən istehsal edilmiş və bu yaxınlarda mesenatların köməyi ilə sarayda aparılan bərpa işlərinə həsr olunmuş beş sənədli filmin təqdimatını təklif edəcək. Bu filmlərin təqdimatı, 12 mart saat 19:00-da “Art Tower Gallery”də baş tutacaq. Filmlər fransız dilində ingilis alt yazılarla təqdim ediləcək. Öncədə qeydiyyat üçün irəlidəki elektron ünvanına azərbaycan, ingilis və ya rus dilində müraciət edə bilərsiniz :    FantazEU2022@gmail.com

 

Nəhayət, Fransa, fransız-azərbaycan qadın yazıçısı Baninin “Qafqaz günləri” əsərinə həsr olunmuş ədəbi gecəyə öz töhfəsini verəcək. O, 1905-ci ildə Bakıda anadan olmuş, uşaqlıq və yeniyetməlik illərini orada keçirmiş, 1924-cü ildə bolşevik inqilabından sonra ailəsi ilə birlikdə Fransaya pənah aparmışdır. Ömrünün qalan hissəsini Fransada keçirmiş və bu əsərində o, Bakıda keçirdiyi gənclik illərinin xatirələrini canlandırır. Bir neçə natiq, o cümlədən əsli fransızca yazılmış bu əsərin rus dilinə tərcüməsinin müəllifi xanım Ülviyyə Axundova və Azərbaycan fransız Liseyinin fəlsəfə müəllimi cənab Benoit Filou bu təsirli və ruhlandırıcı əsər haqqında danışacaqlar. Bu ədəbi gecə 16 mart tarixində saat 19:00-da Bakı Kitab Mərkəzində baş tutacaqdır və azərbaycan-fransız dillərinə ardıcıl formatda tərcümə ediləcəkdir. Gecəyə giriş pulsuzdur.   

 

Festivalda iştirak edən digər ölkələr bunlardır: Belçika, Bolqarıstan, Çexiya, Almaniya, Yunanıstan, Latviya, Litva, Macarıstan, Polşa, Slovakiya və İsveç.

 

FantazEU 2022 festivalının tam proqramı  

 

Full access to the comprehensive program of 2022 FantazEU’s festival

 

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow