MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Məktəblilərin “Pol Nadar: Bakıya əsrarəngiz səyahət” adlı sərgiyə baş çəkməsi

2022-ci ilin yanvar və fevral ayları ərzində “Pol Nadar: Bakıya əsrarəngiz səyahət” adlı sərgisi böyük tamaşaçı auditoriyası tərəfindən ziyarət edilib. Xüsusi qruplar üçün bəzi səfərlər təşkil olunub.

 

Belə ki, məktəb ictimaiyyəti də unudulmayıb və yeni başlayan sənətsevərlər üçün bir neçə ziyarət təşkil olunub. Şagirdlər ziyarətlərini əvvəlcədən müəllimləri ilə birlikdə hazırlayıblar və sərginin fotoşəkillərindən zövq almaq üçün sərgini ziyarət ediblər. Bakı fransız Liseyinin və Sabis beynəlxalq məktəbinin qrupları sərginin kuratoru xanım Könül Rəfiyeva və Fransanın Azərbaycandakı Səfirliyinin mədəniyyət işləri üzrə məsul şəxsi xanım İnqrid Ponsi tərəfindən müşayiət olunublar.

 

Ümumilikdə Pol Nadarın çəkdiyi şəkillərlə tanış olmaq üçün 100-ə qədər şagird və 7 müəllim sərgiyə baş çəkib.    

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow