MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Azərbaycan Milli İncəsənət muzeyində 10 fevral tarixində « Pol Nadar, Qafqazdan keçməklə İstanbul-Daşkənd » mövzusunda konfrans keçirildi.

Fransanın Mədəniyyət nazirliyinin tabeliyində fəaliyyət göstərən Memarlıq və İrs multimedia kitabxanasının (MAP) fotoşəkil şöbəsinin müdiri və mədəni irsin qorunması üzrə məsul şəxs xanım Matild Falqiyerin 10 fevral 2022 cümə axşamı günü Azərbaycan Milli İncəsənət Muzeyində, « Pol Nadar, Qafqazdan keçməklə İstanbul-Daşkənd » mövzusunda hibrid formatda keçirdiyi konfransa onlarla incəsənət, tarix və fotoşəkil sevərlər toplaşmışdı. Sözügedən konfrans Azərbaycan Milli İncəsənət Muzeyində 18 dekabr 2021 – 15 fevral 2022 tarixləri üçün nəzərdə tutulmuş "Paul Nadar: Bakıya əsrarəngiz səyahət" fotoqrafiya sərgisi çərçivəsində təşkil edilmişdir. 

 

Tədbiri öz nitqləri ilə Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət müşaviri və Azərbaycanda Fransız İnstitutunun Direktoru cənab Jerom Kel, Azərbaycan Milli İncəsənət Muzeyinin Direktorunun müavini xanım Xədicə Əsədova və sərginin kuratoru Könül Rəfiyeva açmışdılar. 

 

Konfransın məruzəçisi xanım Matild Falqiyer məşhur fotoqraflar ata və oğul Nadar (Feliks və Pol) haqda zəngin və maraqlı təqdimat keçirdikdən sonra Pol Nadarın 1890-cı ildə Qafqazdan keçməklə, İstanbul-Daşkənd səyahəti mövzusunda ətraflı danışdı. Konfrans çərçivəsində həmçinin Pol Nadarın fotoşəkillərinin MAP-da qorunan orijinal neqativlərinin iş şəraitində istifadəsi də göstərildi. 

 

Tədbirin sonunda xanım Falqiyer ilə iştirakçılar arasında sual-cavab sessiyası təşkil olundu və Muzeydə 15 fevral 2022 tarixinədək təqdim olunan sərgini iştirakçılar kəşf etdilər. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow