MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Bienvenue en France (Fransaya xoş gəlmisiniz) brendi Fransada beynəlxalq tələbələrə ən yaxşı qarşılanma təklif edən Fransa universitetlərini mükafatlandırır

Fransada təhsil almağa gəlmək əvvəlcədən hazırlanmalı olan bir seçimdir. Təhsil almaq istədiyiniz müəssisələri seçməkdə sizə kömək etmək üçün niyə də « Bienvenue en France » brendinə malik universitetlərə üstünlük verməyəsiniz.

Əcnəbi tələbələrin qəbulunun keyfiyyəti Fransa ali təhsilinin beynəlmiləlləşməsi və cəlbediciliyi üçün əsas məsələ olan « Bienvenue en France » brendi, Campus France Agentliyi tərəfindən beynəlxalq tələbələrin qəbulunu təkmilləşdirmək istiqamətində atılan addımları gözəçarpan təqdim etmək istəyən ali təhsil müəssisələrinə verilir. « Bienvenue en France » brendi bu universitetlərin Fransada təhsil aldıqları müddətdə beynəlxalq tələbələrin gündəlik və praktik həyatını asanlaşdırmaq üçün həyata keçirdiyi konkret tədbirləri təsdiq edir. Bu, əcnəbi tələbələrin qarşılanma keyfiyyətinə zəmanət vermək üçün müəsissənin nəyi tətbiq etdiyini başa düşməyə imkan verir.

Beynəlxalq tələbələr üçün məlumatın keyfiyyəti və əlçatanlığı, xüsusən də saytın bir çox dillərdə fəaliyyət göstərməsi kimi çoxsaylı meyarlar bu brendi əldə etmək istəyən hər bir müəsissə üçün tətbiq edilir. Müəssisə həmçinin beynəlxalq tələbələr üçün əlçatan və keyfiyyətli qəbul imkanları, müvafiq tədris və təhsil monitorinqi, kampus həyatında dəstək (yaşayış, tələbə həyatı) təklif etməli və nəhayət, inteqrasiyanı peşəkarcasına təşviq etməli və məzunlarla əlaqə saxlamalıdır. « Bienvenue en France » brendini daşıyan bir müəssisəni seçməklə, beynəlxalq tələbələr Fransada ən yaxşı şəraitdə qarşılanacaqlarını və diqqətlərini akademik layihələrinə cəmləyəcəklərini təmin edirlər. Artıq 134 ali təhsil müəssisəsi bu brendə sahibdir.

Əlavə məlumat almaq üçün: https://www.campusfrance.org/fr/label-bienvenue-en-france-etablissements-labellises

Brend almış müəssisələrin siyahısı ilə tanış olmaq üçün buraya klikləyin.

Campus France-ın onlayn axtarış kataloqlarında ixtisasınızı tapın.

https://cataloguelm.campusfrance.org/licence/#/catalog https://cataloguelm.campusfrance.org/master/#/catalog https://taughtie.campusfrance.org/tiesearch/#/catalog

universites francaises bakou s

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow