MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Konfrans, 10 fevral saat 18.00-da Azərbaycan Milli İncəsənət Muzeyində (Bakı şəhəri, Niyazi 9-11 küçəsi ) «Pol Nadar, Qafqazdan keçməklə İstanbul-Daşkənd,»

10 fevral 2022-ci il tarixində saat 18.00-da Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın Memarlıq və İrs Multimedia Kitabxanasının fotoqrafiya şöbəsinin rəhbəri, « Nadar kolleksiyası »  üzrə ekspert, xanım Matild Falqiyer tərəfindən təqdim olunan hibrid formatda«Pol Nadar, Qafqazdan keçməklə İstanbul-Daşkənd» mövzusunda konfrans təşkil olunacaq. 

 

Konfrans 18 dekabr 2021-ci il - 15 fevral 2022-ci il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində, Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransız İnstitutu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyi arasında birgə əməkdaşlıq çərçivəsində keçirilən "Pol Nadar. Bakıya əsrarəngiz səyahət"  adlı sərgi sərgi çərçivəsində təşkil ediləcəkdir. Könül Rəfiyevanın kuratorluğu altında nümayiş edilən sərgi Fransa Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Memarlıq və İrs Multimedia Kitabxanasının dəstəyilə baş tutmuşdur. Sözügedən konfrans ictimaiyyət üçün Azərbaycan Milli İncəsənət Muzeyində  (Bakı şəhəri, Niyazi 9-11 küçəsi) keçiriləcək və xanım Falqiyer onlayn şəkildə Fransadan birbaşa konfransa qoşulacaq. Dəvətlilər  konfrans çərçivəsində sərgi ilə tanış ola biləcəklər. 

 

Parisin siyasi elmlər İnstitutu məzunu xanım Matild Falqiyer Fransanın Memarlıq və İrs Multimedia Kitabxanasının (MAP) fotoqrafiya şöbəsinin rəhbəri olmaqla yanaşı,həmçinin mədəni irsin qorunması ilə məşğuldur. O, 2018-ci ildə «Nadar ailəsi,  fotoqrafiya  əfsanəsi » sərgisinin kataloquna öz töhfəsini vermişdir və « Pol Nadar - Payram, İpek yolu üzərində fotoqrafiya dialoqu» kitabının həmmüəlliflərindəndir. azarlarındandır. 

 

Konfrans fransız və  azərbaycanca ardıcıl tərcümə ilə müşayiət ediləcəkdir. 

Yer sayı məhdud olduğundan konfransda iştirak üçün qeydiyyat zəruridir.  

İştirak üçün peyvənd sertifikatı və maska mütləqdir. 

Qeydiyyat üçün :   culture@ifa.az  ( mövcud yerlər nəzərə alınaraq məktubunuza cavab veriləcək )

paul bakou az

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow