MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

MyFrenchFilmFestival sayəsində Fransaya səyahət qazanın !

MyFrenchFilmFestival azerbaijan baku

Parisə səyahət etmək istərdinizmi ?

 

MyFrenchFilmFestival-ının 12-ci buraxılışı münasibətilə təşkil etdiyi müsabiqədə iştirak edin və fransız paytaxtının mərkəzində 5 ulduzlu hesab edilən l’Hôtel du Collectionneur otelində 2 nəfər üçün 5 gecəlik olmaqla, eləcə də Parisə 2 nəfərə nəzərə alınan gediş-gəliş biletlərini udmağa cəhd edin. 

hotel de bakou

Qaydalar sadədir : MyFrenchFilmFestival.com festivalı çərçivəsində təqdim olunan filmlərdən birinə baxarkən özünüzün şəkil və ya videonuzu çəkin və sonradan onu bu paylaşımın rəy bölməsində yerləşdirin və ya festivalı sosial şəbəkənin Story bölməsində işarələyin (@myfrenchfilmfestival).

 

Hazırlaşın, hazırsınız, getdik !

 

Göndəriləcək şəkil və ya video, necə ki festivala HƏR BİR YERDƏN qoşulmaq olar, hər bir yerdən ola bilər, hamam otağı, çarpayı, qonaq otağı, küçə, dəniz, dağ, velosiped.

 

Festivalın təşkilatçılarını öz orijinallığınız və yaradıcılığınız ilə təəccüb etməyə çəkinməyin ! 

 

14 fevral tarixinədək bəxtinizi sınaya və Parisə, kim bilir, səyahət qazana bilərsiniz. Bunun üçün, festivalın gedişatını izləyin və sonda keçiriləcək püşkatma mərasimini qaçırmayın !

 

MyFrenchFilmFestival -ını YouTube, Facebook, Instagram, və Twitter sosial şəbəkələrindən izləyə bilərsiniz !

 

Xatırlatma : Hər il onlayn şəkildə keçirilən MyFrenchFilmFestival fransız kino incəsənətinə dair bir festivaldır. Festivalın 12-ci buraxılışı üçün seçilmiş 30 filmə dünyanın dörd bir yanından bir ay ərzində baxmaq mümkün olacaq. Sözügedən təklif Azərbaycanda tamamilə ödənişsizdir. Bütün filmlər müxtəlif dillərdə alt-yazıları ilə təklif olunurlar : fransız, ingilis, rus, türk və başqa dillər ! Əlavə məlumat üçün http://www.ifa.az/fr/node/790

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow