MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransız-alman dostluğunu qeyd etmək üçün « Frantz » filminin nümayişi

25 yanvar 2022-ci il tarixində Almaniyanın və Fransanın Azərbaycandakı səfirlikləri Fransa-Almaniya dostluğu günü münasibətilə Fransua Ozonun “Frantz”(2016) fransız-alman filmini nümayiş etdirdilər. 

Tədbir Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq və Fransanın Azərbaycandakı səfiri Zakari Qross tərəfindən açıq elan edildi. Hər iki səfir giriş nitqlərində iki ölkəni təxminən 60 ildir möhkəm və qardaşcasına birləşdirən birlik və dostluq vasitəsilə yaxın keçmişdə keçdiyi yolu daha yaxşı işıqlandırmaq üçün uzun müddət ərzində Fransa-Almaniya münasibətlərinin problemli tarixindən bəhs etdilər. Fransa-Almaniya dostluğu günü hər il yanvarın 22-də, 1963-cü ildə general De Qoll və kansler Adenauer arasında imzalanmış Yelisey müqaviləsinin imzalanmasının xatirəsinə qeyd olunur. Hər iki səfir Fransa-Almaniya barışıq modelinin Cənubi Qafqaz regionunda faydalı ilham mənbəyi ola biləcəyinə ümidvar olduqlarını bildiriblər.

Çoxsaylı tamaşaçı (təxminən 80 nəfər) filmin nümayişində iştirak etdi. Birinci Dünya Müharibəsinin sonrasında yaşanan ağır kontekstdə gənc bir alman və gənc bir fransız arasında çətin sevgi münasibətindən bəhs edən “Frantz” filmi, nümayişin sonunda hərarətlə alqışlandı. Sessiyanın sonunda iki səfirliyin təqdim etdiyi dostluq furşeti ətrafında tamaşaçılar öz təəssüratlarını bölüşdülər.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow