MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Village Français 16-20 avqust 2021

Ənənəyə sadiq qalaraq Azərbaycanda fransız İnstitutu (İFA) yerli fransız dili müəllimləri üçün yay aylarında peşə təlimləri təşkil edir. ‘’Village français’’ adlanan bu təlimlərin məqsədi fransız dilinin istifadəsi və müasir Fransa haqqda biliklərin əldə edilməsidir. 

Təlimlərin 2021-ci il buraxılışı tamamilə onlayn şəkildə təşkil edilmişdir. Azərbaycanın bütün bölgələrindən ümumilikdə isə 25 müəllim iştirak etmişdir. Təlimi dijital tədris üzrə ixtisaslaşan müstəqil fransız təlimçisi xanım Saliha ULDYERU 16-20 avqust tarixlərində təşkil etmişdir.  

Təlim iki bir-birini tamamlayan hissələrə bölünmüşdür : dilçilik və mədəni dərnəklər azad işlər ilə müşayiət olunurdu. 

Sözügedən Village français onlayn olaraq ZOOM platforması üzərindən keçirilirdi. Azad işlərin daha asan paylaşılması məqsədilə xüsusi bloq yaradılmışdır və diskussiyalar Whatsapp tətbiqində yaradılan qrup danışıqlarında davam etdirilirdi. Sonuncu mədəni dərnəyin sayəsində və təlimçinin Monpelye şəhərindəki mətbəxindən idarəçiliyi ilə, televiziyada yayımlanan mətbəx verilişlərinə bənzər hamı birgə nisuaz salatını hazırladı !

Bununla yanaşı, Azərbaycan Universitetlərinin on beşə yaxın müəllimi İFA-nın İcraçı Direktorunun tərəfindən, müasir Fransaya aid bir sıra mədəni dərnəyində, iştirak etmə imkanı qazandılar. Dərnəkdə müxtəlif mövzulara toxunuldu : Fransada Covid-19, ekologiya və iqlim, qadın-kişi bərabərliyi və mədəniyyət tədbirlərində iştirak. Bu mövzular ətrafında aparılan danışıqlar iştirakçılara Fransa və Fransızlar haqqda biliklərini yeniləməyə imkan yaratdı. 

village français

village français 1

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow