MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Seçiminiz İF Cinéma – nın Ətraf mühitə özəl buraxılışı : onlayn və tam ödənişsiz fransız filmləri. 10 aprel-10 may 2021 tarixlərində.

Seçiminiz İF Cinéma-nın ‘’Ətraf mühit’’ mövzusunda təqdim etdiyi silsilə filmlər. 22 aprel Beynəlxalq Yer Kürəsi Günü münasibətilə 10 aprel-10 may tarixlərində 3 fransız, ingilis, rus və biri türk dilində mövcud alt-yazıları ilə fransız filminə (və ya digər ölkələr ilə ortaq) və 6 qısametrajlı filmə baxa bilərsiniz !

« Seçiminiz IF cinéma » 

Pandemiyanın ilk başlarından dünyanın əksər ölkələrində kinoteatrlar ictimaiyyətə bağlandılar. İF Cinéma platforması vasitəsilə kinematoqrafiyanı insanların həyatlarından uzaqlaşdırmamaq üçün Fransız İnstitutu 2020-ci ildə « Seçiminiz IF cinéma » layihəsini hazırladı. Layihənin prinsipi ? Çarpayınızdan qalxmayaraq, tam ödənişsiz, onlayn şəkildə fransız filmlərinə baxmaq imkanı. 

2021-ci ilin ilk silsilə filmləri 8 mart Beynəlxalq Qadınlar Gününə özəl seçilmişdir və 20 mart Frankofoniya Bayramına özəl seçilmiş frankofon filmləri ilə təklif davam etmişdir. Seçiminiz İF Cinéma Beynəlxalq Yer Kürəsi Günü (22 aprel) münasibətilə 10 aprel – 10 may tarixlərində ətraf mühitə dair silsilə filmləri izləməyi dəvət edir. 

10 aprel-10 may tarixlərində təqdim olunacaq filmlər 

Sizi Efiopiyadan Fransanın Cənubuna Arqentinadan keçərək səyahətə dəvət edən 1 bədii və 2 sənədli film… Müxtəlif dillərdə alt-yazıları ilə mövcud (fransız, ingilis, rus, türk…) fransız dilinə qulaq asmaq üçün bir fürsət.

- Yared Zelekenin « Lamb » filmi. Efiopiyanın vulkanlı torpaqlarında Əfraim adlı 9 yaşlı bir oğlan uşağı Şuni adlı keçisi ilə yaşayır. Anasını itirdikdən sonra atası onu keçisi ilə birgə ölkənin yaşıl bölgələrindən birinə uzaq qohumlarının yanına göndərir. 

- Brüno Sovarın « Wine Calling » filmi. Artıq 10 ildir ki şərab aləmi əks mədəniyyət tərəfindən ,vaxtilə ‘’punk’’ musiqi janrının ‘’rock’’ janrı tərəfindən yaddaşlardan çıxardığı kimi, təhdid edilir. Fransanın hər bir yerində ələlxüsusda Oksitani regionunda sevdikləri şərabı hazırlamaq üçün bır sıra insanlar torpaqları zəbt edirlər.

- Kristin Seqezinin « Histoires de la plaine » filmi. Arqentinanın Colonia Hansen bölgəsinin torpağı dünyanın ən məhsuldar torpaqlarında biridir. Uzun müddət burada milyonlarla inək açıq havada yaşayıb. İndi isə bu ərazi tamamilə soya istehsalı üçün zəbt olunmuşdur…

Filmlərə baxmağa vaxtınız yoxdursa təqdim olunan 6 qısametrajlı filmdən birinə baxın  !

Filmlərə keçid ?

Bir toxunuşla 

ətraf mühit fransa

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow