MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Bakıda 132 – 134 nömrəli təhsil kompleksində fransız dilini erkən yaşlardan öyrənmək fürsəti !

Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanda fransız İnstitutu Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksinə göstərdikləri dəstəyi davam etdirirlər. Sözügedən məktəbdə fransız dilinin tədrisi artıq 3 ildir ilk məktəb ilindən (birinci siniflər) gücləndirilmiş formatda keçirilir. Dünyanın bir çox yerində mövcud ikidilli təhsil modelini əsas götürərək burada məqsəd beşinci sinifdən fransız dili yönümlü ikidilli sektorların açılmasıdır. 

 

Bunu nəzərə alaraq, bu təlim proqramının fransız dili müəlliməsi xanım Səadət Hacıyeva cari ilin iyul ayında Fransada pedaqoji təlim keçmək üçün bir aylıq təhsil təqaüdü qazanmışdır. Onu da vurğulamaq lazımdır ki, o gələcək ikidilli sektorun kurator vəzifəsini yerinə yetirəcək. 

 

Bu layihə çərçivəsində və Azərbaycan Elm və Təhsil nazirliyinin razılığı əsasında fransız İnstitutu 3 ildir ki birinci sinifdən dördüncü sinifədək sinifləri fransız dili dərs vəsaitlərilə təmin edir. Bu münasibətlə bu məktəb ilində şagirdlərin istifadəsi üçün Fransadan birbaşa sifariş verilmiş « Les Loustics » dərs vəsaitləri fransız İnstitutunun İcraçı direktoru cənab Conatan Ünlü tərəfindən sözügedən siniflərə təqdim edilmişdir. 

 

Azərbaycanda fransız İnstitutu ilə təhsil Kompleksinin birgə əməyinin nəticəsi olaraq bir neçə ildən sonra 132-134 nömrəli təhsil kompleksi İstanbul Qalatasaray və İzmir Tevfik Fikret liseyləri kimi ikidilli təhsil modelinə keçə biləcəkdir. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow