MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransa və Almaniya səfirlikləri “Kekalove Adaptive Fashion Show”ya dəstək verir

Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri “Kekalove Adaptive Fashion Show”-ya dəstək olduqlarını elan etməkdən məmnundurlar. Mayın 11-də Almaniya səfirinin iqamətgahında baş tutacaq bu tədbir Moda yaradıcılığına həsr olunub və məqsədi əlilliyi olan şəxslər üçün daha inklüziv cəmiyyətin yaradılmasını təşviq etməkdir.

 

Almaniya və Fransa hökumətləri əlilliyi olan insanların təhsilə, iş imkanlarına, idmana, mədəniyyətə və asudə vaxta çıxış əldə etmələrini təmin etmək üçün onların ehtiyaclarını qarşılamağa sadiqdirlər. Bu, həm də Almaniyada, Fransada, Avropada və Azərbaycanda bizim şəhər və iş mühitimizə uyğunlaşmaq üçün tətbiq edilən xüsusi tədbirlərə aiddir.

 

Əlilliyi olan şəxs olmağın heç bir ayıbı yoxdur və bunun insan hüquqları və ləyaqəti baxımından heç bir fərqi yoxdur. Əlilliyi olan şəxslərə işdə, sənətdə, idmanda və ya hər hansı digər fəaliyyətdə ən yüksək səviyyədə çıxış edə bildiklərini göstərmək imkanı olan daha inklüziv cəmiyyətə çıxış imkanı vermək məqsədi daşıyırıq.

 

Buna görə də, əlilliyi olan şəxslərin ehtiyaclarına cavab verən zərif və onlara uyğunlaşan geyimlər hazırlamaqla onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verə biləcəyinə əmin olduğumuz bu tədbiri dəstəkləməkdən məmnunuq. Əhəmiyyətli olan odur ki, şou, həmçinin əlilliyi olan şəxslərin Moda peşəkarları kimi təbliğ edilməsi ilə ictimai rəyi dəyişməyə kömək edə bilər.

 

Məhəmməd Kekalova və onun komandasındakı bütün yaradıcı dizaynerlərə və tərtibatçılara təşəkkür edirik. Sizinlə birgə şoudan həzz almaq, dizaynlara və istedadlı modellərə heyran olmaq üçün hamımız səbirsizliklə gözləyirik.

kekalove fashion

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow