MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

”Frankofoniya kinosu” silsiləsindən: “Babysitter” (2022) (“Uşaq baxıcısı”) ingilis dilində alt yazılarla cümə axşamı, 27 aprel, saat 19:00-da Landmark Cinemada

Sizi, 2023-cü il Frankofoniya mövsümü münasibəti ilə Kanada Səfirliyi növbəti filmin nümayişinə dəvət edir. Rejissoru Monia Çokri olan və iki dəfə Monte-Karlo Film Festivalında ən yaxşı film və ən yaxşı aktyor kateqoriyasında mükafatlandırılmış film Babysitter (2022), (“Uşaq baxıcısı”)

 

Babysitter, (“Uşaq baxıcısı”), Ketrin Lejerin eyniadlı pyesinin uyğunlaşdırılması olan, Kvebek filmi, ton azadlığı və şən, rəngarəng estetikadan istifadə edərək müasir cəmiyyətimizdə kişi və qadınlar arasındakı münasibətləri sual altına alır.

 

Bu bədii film 27 aprel cümə axşamı saat 19:00-da Bakı şəhəri, Nizami küçəsi, 90a ünvanında yerləşən Landmark Cinemada nümayiş olunacaq.

Alt yazı: ingilis dilində

 

Mümkün yer sayına görə, giriş sərbəstdir.  

 

Sinopsis:

Seksist zarafatdan sonra gündəm olan gənc ata Sedrik işəgötürən tərəfindən işdən çıxarılır. Özünü qurtarmaq üçün o, qardaşı Jan-Mişelin də köməyi ilə kitab yazaraq öz qadın düşkünlüyünün əsaslarını şübhə altına salır. Öz növbəsində, depressiya məngənəsində olan həyat yoldaşı Nadin, analıq məzuniyyətini qısaltmaq qərarına gəlir. Şıltaq və cazibədar baxıcının gəlməsi onların həyatını alt-üst edəcək.

babysitter

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow