MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

LECOMTE DE BREGEOT Bakıda, 19 noyabr 2022 tarixində Landmark otelinin The Orange Groove səhnəsində

19 noyabr 2022 tarixində Landmark otelinin THE ORANGE GROOVE səhnəsində Makulatura/Sistema EPISODE1 elektronik musiqi Festivalı çərçivəsində fransalı elektronik musiqi prodüseri Lökont dö Bğejo (LECOMTE DE BREGEOT) musiqi proqramı ilə çıxış edəcək. 

Sənətçi haqda 

Yanik Lökont (səhnə adı Lökont dö Bğejo) 1986 -cı ildə Paris şəhərində anadan olub Liyon şəhərində isə böyüyüb. O, bəstələrini müxtəlif avadanlıqlar üzərindən iyirmi yaşından etibarən texno, yeni dalğa ( new wave ) və xaus ( house ) üslublarını qarışdaraq ərsəyə gətirib. Lakin bu məşğuliyyəti peşəsinə çevirmək üçün bir neçə il gözləyir. 2015-ci ildə Parisin Texno Parad Festivalında iştirakından sonra 2016-cı ildə ilk EP (extended play ) "There was a day" albomu və sonradan "Pretty Ashes"  eləcə də "Fragment" EP albomları da işıq üzü görürlər. 

2020-ci ildə elektronik musiqi prodüserlərinə həsr edilmiş BPM Contest müsabiqəsinə namizəd görülür, 2021-ci ildə isə müasir musiqi dünyasında irəliləmək üçün vacib tramplin sayılan FAIR dövlət dəstəyinə layiq görülür. Onun sayəsində tanınan musiqiçilərin sırasına IAM və Christine and The Queens ifaçılarını aid etmək olar. Onun sanitar vəziyyətlə bağlı qapanma dövründə yazdığı yeni albomu tezliklə işıq üzü görəcəkdir. 

 

19 noyabr tarixində keçiriləcək konsert proqramında iştirak etmək üçün Azərbaycanda Fransız İnstitutunun abunəçiləri, tələbələri və ümumilikdə Azərbaycanlı frankofonlar bilet satışı zamanı endirimdən yararlana biləcəklər. Belə ki, biletləri onlayn şəkildə https://iticket.az/en/events/concerts/episode-1/79325  saytından əldə edərkən FRANCE22 endirim kodunu lazımi bəndə əlavə etməyiniz gərəkdir. Bu qayda şəhər kassalarından alınan bilətlərə də şamil olunur ( endirim kodu FRANCE22). 

lecomte de bregeot

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow