MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Gender bərabərliyi üzrə Fransa-Almaniya müsabiqəsinin mükafatlandırma mərasimi

31 may 2022-ci il tarixində Landmark-da Fransa-Almaniya Gender Bərabərliyi Müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi. Bu il Mükafat “AzərCorab” layihəsinə görə Kifayət Talıbzadəyə verilib.

Artıq ikinci ildir ki, Fransa və Almaniyanın Azərbaycandakı səfirlikləri Azərbaycanda Gender Bərabərliyi üzrə Fransa-Almaniya Müsabiqəsi təşkil edir. Franko-Alman mədəniyyət fondu tərəfindən dəstəklənən bu müsabiqə Azərbaycan qadınlarının öz ölkələrində qadın və kişi bərabərliyi lehinə yaratdığı layihələri işıqlandırmaq, təşviq etmək və dəstəkləmək məqsədi daşıyır.

Bu il qəbul edilmiş 20 layihə arasından 5 finalçı dinləmələr zamanı öz təşəbbüslərini münsiflər heyətinə təqdim etmək imkanı qazanıb. Uzun müzakirələrdən sonra üç kişi və üç qadın olmaqla diplomatik korpus və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət münsiflər heyəti qalibi seçdi: “AzərCorab” layihəsinə görə xanım Kifayət Talıbzadə.

“AzərCorab” Masallı rayonunda qadınları öz sənətlərini inkişaf etdirməyə həvəsləndirmək məqsədi daşıyan sosial müəssisədir. İki ildən çox fəaliyyət göstərən bu cəmiyyətin qadınları sonradan bütün dünyada internet vasitəsi ilə satılan sənətkarlıq məhsulları yaradırlar. Bu fəaliyyət onlara Azərbaycan sənət irsini qoruyub saxlamaqla gəlir əldə etməyə, bacarıqlarını və maliyyə müstəqilliyini artırmağa, özünə inam qazanmağa imkan verir.

Beləliklə, Kifayət Talıbzadə müsabiqənin birinci mükafatını qazandı: 2022-ci ilin iyul ayında davamlı inkişafa həsr olunmuş Sciences-Po Paris Yay Məktəbində iştirak etmək üçün Fransada qalma və peşəkar təcrübə keçmək üçün Almaniyada qalma. Təbrik edirik!

Müsabiqənin digər finalçıları Nəzrin Qulazadə “FemTech” layihəsi ilə, İradə Mehdiyeva və onun təşəbbüsü “SheRuns”, Sitarə İbrahimbəyli “Qız yaxşı, oğlan yox” və Səadət Abdullazadə “Menstruasiya kitabı" layihəsi ilə oldular.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow