DELF B2 imtahanı üçün intensiv hazırlıq kursuna qeydiyyata start veririk
Bu kursun məqsədi namizədləri imtahanda qiymətləndirilən dörd bacarıq üzrə testlərə hazırlamaqdır: şifahi anlama, yazılı anlama, şifahi ifadə, yazılı ifadə. Bu kurs imtahana daha yaxşı yanaşmaq üçün kommunikativ, linqvistik və metodoloji bacarıqların inkişaf etdirilməsi məqsədi daşıyır.
Kurs, imtahanın 4 testindən keçmək üçün üsullar, məşqlər və fəaliyyətlərə əsaslanacaqdır. Ən əsası sonuncu dərs sınaq imtahanı təşkil olunacaq.
Dərslərin məqsədi namizədləri imtahan « metodika »-sına hazırlamaq və imtahandan müvəffəqiyyətlə keçməkdir. Dərslər diplomu əldə etməyə zəmanət vermir.
Kursun müddəti : 10 dərs (hər dərs 1.5 saat olmaqla) 150 AZN
Sonuncu dərs sınaq imtahanı.
Dərslər II, III, V günlər saat 16.30-18.00 keçiriləcək
Müəllim : Kələntarova Təranə