KİTABXANA

KİTABXANA

Azərbaycanda Fransız İnstitutunun kitabxanası onun parlaq bir hissəsidir. 

Kitabxanada 6 000-nə yaxın fransız dilində vəsait və eləcə də jurnal və qəzetlər, komikslər, CD-lər, audio-kitablar, DVD-lər və cəmiyyət oyunları mövcuddur. 

Bununla yanaşı kitabxananın uşaqlara xüsusi hazırlanmış və komikslər, albomlar, oyunlar ilə zəngin bir məkanı vardır. Kitabxanada həmçinin qəbul nöqtəsi yerləşir. 

Kitabxananın girişində « Servez-vous » ilə nişanlanan və sərbəst istifadəyə seçilmiş vəsaitlər vardır. Aylıq « IFA Culture » bülleteni İFA-da keçiriləcək dərnək və tədbirlərin siyahılarını oxuculara e-mail vasitəsilə göndərilir. 

Mütəmadi tədbirlər (sərgilər, konsertlər, konfranslar, görüşlər, dərnəklər, və s.,) hər yaş kateqoriyası üçün (uşaqlar və böyüklər üçün, azərbaycan və fransız dillərində). 

CULTURETHEQUE elektron kitabxanası

İnternet istifadəçilərinə fransız mədəniyyətinin ən parlaq nümunələri :

• 115 000 -nə qədər sərbəst istifadə üçün nəzərdə tutulmuş elektron vəsaitlər bir platformada  : kitablar, audio-kitablar, musiqi, videolar, jurnal və qəzetlər, və s.
• əyləncəli və interaktiv bir platforma (vəsaitlərə rəy saxlama imkanı, sosial şəbəkələrdə paylaşma imkanı, və s.)


Kitabxanamıza üzv olan hər kəs Culturethèque -dən təmənnasız olaraq qeydiyyatdan keçə bilərlər !

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow