MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Mədəniyyət sahəsində işləyənlər üçün « Digital Crossroads » beynəlxalq silsilə görüşlərə qeydiyyat (may-oktyabr

 2021-ci il may-oktyabr aylarında rəqəmsal formatda yaradıcılıq üzrə işləyən şəxslər üçün « Digital Crossroads » onlayn beynəlxalq silsilə görüşlər təşkil ediləcəkdir. Rəqəmsal formatda əsərlərin yaradılmasında, onların paylaşımında və təşviqində maraqlı olan mədəniyyət sahəsinin nümayəndələri 25 aprel 2021 tarixinədək qeydiyyatdan keçə bilərlər.

 

Təqdimat

İndiki zamanda rəqəmsal formatda yaradıcılığa maraq artmaqdadır. Beynəlxalq səhnədə fransız mədəniyyət nümayəndələri ictimaiyyətin bu sahəyə marağını görərək yeni, tez bir zamanda məşhurlaşan əsərlər təqdim etmişdirlər. 

 

Fransız İnstitutu tərəfindən mədəniyyət nümayəndələri üçün təklif edilən « Digital Crossroads » beynəlxalq silsilə görüşlər rəqəmsal formatda yaradıcılığı təşviq etmək və beynəlxalq səviyyədə nümayəndələrin ünsiyyəti üçün imkan yaratmaq, birgə layihələrə təkan vermək məqsədilə yaradılmışdır. 

 

2021 may-oktyabr tarixlərində mühim fransız rəqəmsal layihələrin əməkdaşlığı ilə  birgə (Les Ailleurs, Museum Connections, Ansi Beynəlxalq animasiya filmi Festivalı, Cannes XR, Scopitone…) müxtəlif növ onlayn görüşlər və tədbirlər təşkil olunacaqdır (immersiv reallıqlar, rəqəmsal incəsənət, onlayn müzakirələr, dərnəklər).

 

Kim üçün ?

Sözü gedən onlayn görüşlər ələlxüsus olaraq irəlidəki xarici mədəniyyət nümayəndələri üçün nəzərdə tutulub :

  • Mədəniyyət məkanlarının (muzey, qalereya...) direktorları ilə yanaşı sərgi kuratorları, layihə müəllifləri, rəqəmsal platforma üzrə məsul şəxslər...
  • Rəqəmsal formatda yaradıcılığa açıq olan tədbir və festivalların (virtual reallıq, animasiya...) direktor və layihə müəllifləri 
  • Həmçinin universitet tədqiqatçıları və ictimai fəallar qeydiyyatdan keçə bilərlər.

 

İştirakçılar onlayn platforma üzərindən əməkdaş festivalların tədbirlərində (akreditasiyadan keçərək) iştirak edə bilərlər. Bununla yanaşı onlar böyük sayda resurslardan ( mədəniyyət işçilərinin portfolioları, müsahibələri, onlayn təcrübələri və s.), fransız və əcnəbi mütəxəssislərin əlaqə vasitələrindən yararlana bilər və platformadan istifadə edərək onlarla əlaqə yaratmaq və B to B görüşləri ( matchmaking, video-konfrans və s.) təşkil edə bilərlər.

 

Hər bir mütəxəssis öz istək və məqsədlərinə uyğun öz proqramını tərtib edə bilər.

 

25 aprel 2021-ci ilədək qeydiyyat 

Fransız İnstitutunun saytında fransızca məlumat 

İngilis dilində məlumat üçün

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow