MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransa ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyinə REZA-nın “Daxili Odisseya” adlı sərgisinin açılışı

28 iyun 2022-ci il tarixində rəssam-fotoqraf REZA-nın “Daxili Odisseya” adlı sərgisinin açılışı oldu.

 

Bu sərgi Fransanın Azərbaycandakı səfirliyi, Fransa İnstitutu, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Fransa ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində keçirilir.

 

Gecəni Azərbaycan-Fransa parlament dostluq qrupunun sədr müavini, Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr üzrə direktoru cənab Soltan MƏMMƏDOV, Fransa səfiri cənab Zakari QROSS və fotoqraf REZA açıblar. REZA ictimaiyyət ilə öz azəri mənşəli mədəniyyətinə və onu övladlığa götürən Fransaya olan bağlılığını paylaşdı.

 

REZA-nın sərgisi Fransa və Azərbaycanda çəkilmiş fotoları bir araya gətirir: mənzərə, portret, rəngli və ağ-qara əsərlər.

 

Bu mədəni tədbir bir neçə xeyirxah sponsor tərəfindən dəstəklənir: Alstom, Holcim, QGallery, TotalEnergies, Schneider Electric və Suez.

 

Sərgi Heydər Əliyev Mərkəzində 27 iyul 2022-ci il saat 10:00-dan 19:00-dək (kassa saat 18:00-da bağlanır - bazar ertəsi bağlıdır) ictimaiyyət üçün açıqdır.

Fransa ilə Azərbaycan arasında bu dostluq tədbirini Heydər Əliyev Mərkəzinin mötəbər məkanında qeyd etməyə çoxlu qonaqlar gəlmişdi.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow