MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Frankofoniya – Kino : cümə günü 15 aprel 2022 saat 19.00-da Art Tower Gallery-də « Quai d’Orsay »  filmi

Frankofoniya – Kino : cümə günü 15 aprel 2022 saat 19.00-da Art Tower Gallery-də « Quai d’Orsay »  filmi  – Fransa Kinosunun silsilə filmləri !

 

Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu Frankofoniya 2022 mövsümü münasibətilə sizləri « Cinéma français » (« fransız Kinosu ») silsilə proqramında təklif etdiyi 5 fransız filmini kəşf etməyə dəvət edir ! 

 

Bertran Taverniyenin « Quai d’Orsay ». Sözügedən komediya janrında çəkilmiş filmdə müəmmalı hesab olunan Xarici İşlər nazirliyinin dəhlizlərində baş verənlərdən bəhs edilir. Filmin nümayişi cümə günü 15 aprel 2022 saat 19.00-da Art Tower Gallery-də (İçərişəhər, Kiçik Qala 105) keçiriləcək. 

 

Bertran Taverniyenin « Quai d’Orsay » filmi

rollarda Rafael Personaz, Tiyeri Lermit…

 

Xülasə : Doktorluq işini hazırlayan gənc tələbə Artur Vlamink Xarici İşlər nazirliyində işə qəbul olur. O, cənab nazirin nitqlərinin tərtibi ilə məşğul olmalıdır ! Sözügedən nazirlikdə cərəyan edən stresi, ambisiyaları, hiyləgərlikləri, hər yerdə mövcud nazir müşavirlərini nəzərə alaraq və nazirin ətrafının rəyini alaraq eləcə də hər küncdən hiss edilən şübhəli baxışlara göz yumaraq buradakı vəziyyətə uyğunlaşmaq lazımdır. Film Kristof Blən və Abel Lanzakın 2010-2011 -ci illərdə Darqo nəşr evində dərc etdikləri eyniadlı komiks üzərindən çəkilib. 

 

Altyazıları : türkcə

 

Film nümayişində iştirak üçün (yalnız 30 yer) 12 aprel tarixinədək leyla.aliyeva@diplomatie.gouv.fr elektron ünvanına müraciət edin. 

quai ddd

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow