MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransa səfirliyindən əlilliyi olan insanlar üçün "Kekalove Adaptiv Fashion Show" moda nümayişinə dəstək (3 dekabr, cümə).

Beynəlxalq Əlillər Günü münasibətilə Fransa səfirliyi əlil arabasından istifadə edən insanlara həsr olunmuş “Kekalove Adaptive Fashion Show” moda nümayişinə dəstək verib.

 

"Kekalove Adaptive Fashion" şirkəti iki il əvvəl Məhəmməd Kekalov tərəfindən yaradılıb və əlil arabasında olan insanlar üçün uyğun geyimlərin dizaynı və istehsalı üzrə ixtisaslaşıb.

 

Fransa səfirliyi bu sosial sahibkarlıq təşəbbüsünü dəstəkləmək və əlilliyi olan onlarla modelin iştirak etdiyi bu moda nümayişini təşviq etmək istəmişdir. Bakıda « Hyatt Regency » konfrans mərkəzinin əsas zalında keçirilən tədbir daha inklüziv cəmiyyət yaratmaq məqsədi ilə əlilliyi olan insanların daha aktiv olmasına töhfə verdi.

 

Nümayiş zamanı fiziki məhdudiyyətli modellər “Kekalove adaptive” payız-qış kolleksiyasını təqdim ediblər. Gecənin açılışında Fransa səfirliyinin Əməkdaşlıq və Mədəniyyət müşaviri cənab Jerom Kel çıxış edərək, tədbirin insanların əlillərə baxış tərzini dəyişməyə kömək etməsi və onların istedadlarına uyğun olaraq cəmiyyətdə yer tuta bilmələri arzusunu ifadə etmişdir.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow