MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

« Muzey: Xoşbəxtlik haqqında söhbət » sərgisinin açılışı - Rəqəmsal noyabr 2021

18 noyabr 2021-ci il tarixində Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan fransız İnstitutunun təşkilatçılığı, Azərbaycan Ta (r) dino 6 bədii platformasının tərəfdaşlığı ilə, Rəqəmsal Noyabr festivalı çərçivəsində « Muzey: Xoşbəxtlik haqqında söhbət » sərgisinin açılışı olub. 

Gecəni Fransanın Azərbaycandakı Səfiri cənab Zakari QROS açaraq, Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrin və Fransanın gənc müasir Azərbaycan bədii yaradıcılığına, həmçinin qadınlara dəstəyinin əhəmiyyətini xatırladıb, belə ki, bu sərgi üç azərbaycanlı və üç fransız qadın incəsənət xadiminə həsr olunub.

Azərbaycan fransız İnstitutunun Direktoru cənab Jerom KEL Azərbaycanda misli görünməmiş “Rəqəmsal Noyabr” proqramının yaradılmasına imkan vermiş incəsənət xadimlərinin və Ta (r) dino 6-nın, həmçinin də iki kurator xanım Əsli Səmədova və cənab Azad Asifoviçin əməyini yüksək qiymətləndirib. O, sərgi ilə XVIII əsrin fransız filosofu xanım Emili dö Şatöle-nin « Xoşbəxtlik haqqında söhbət » əsərinin əlaqəsini də izah edib.

Sonra üç azərbaycanlı incəsənət xadiminin iştirakı ilə qonaq qismində iştirak edən tamaşaçılara Əsli Səmədova tərəfindən sərginin izahlı təqdimatı edildi.

Daha sonra qonaqlar təəssüratlarını bölüşmək üçün bir kokteyl ətrafında toplaşdılar.

Azərbaycanda Rəqəmsal Noyabr 2021 sərgisi və proqramı haqqında daha ətraflı məlumat əvvəlki yazımızdadır.

 

1

2

3

4

5

6

7

8

9

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow