MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

İş təklifi : Hesabatlılıq üzrə assistent

Azərbaycanda Fransız İnstitutu (İFA) Fransanın Azərbaycandakı səfirliyinə bağlıdır. Onun əsas məqsədləri fransız dilinin və mədəniyyətinin təbliği və təşviqidir. İFA mədəniyyət tədbirləri, fransız dili kursları təklif edir və Fransa ilə Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirmək üçün layihələr ərsəyə gətirir. 

 

İFA baş katibin nəzarəti altında işləyəcək hesabatlılıq üzrə assistent axtarışındadır. 

 

İş öhdəlikləri :

Mühasibatçılığa aid sənədlərin (fakturalar, müqavilələr və s.) hazırlanması, tərcüməsi, sənədlərin düzülməsi və arxivə salınması.

Ödənişlərin qəbulu və ödəniş tapşırıqlarının icraatı.

Görülmüş işlərin kompyuterə salınması.

İFA-nın təchizatçıları ilə əlaqələrin qurulması.

İFA-nın digər xidmətlərinə dəstək (dil kursları, imtahanlar, mədəniyyət, və s.).

 

Axtarılan namizəd : 

Mükəmməl azərbaycan dili səviyyəsi.

Yaxşı fransız dili biliyi.

İnformatika bacarıqları (excel, word).

Xəzinənin idarəsi üzrə təcrübə və ya biliklər (xərclərin və ödənişlərin təsdiqedici sənədləri, fakturalar, ödəniş qaydaları...).

İşçi heyəti ilə işləmək bacarığı.

Dəqiqlik və ciddilik.

Təşəbbüskarlıq və reaktivlik.

 

40 saatlıq iş həftəsi, I-V günlər.

‘’Gross’’ əmək haqqı : 1 296,01 AZN

 

CV və motivasiya məktubunuzu (fransız dilində) İFA-nın İcraçı Direktoru Jonathan ÜNLÜ -nün nəzərinə directeur@ifa.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

 

Namizədlik üçün son tarix : le 19/09/2021. İşə ən qısa zamanda başlamaq şərtilə.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow