MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

21 iyun Musiqi Bayramı onlayn qeyd olunacaq ! « Culturethèque » və « IF cinéma à la carte » platformalarına qoşulun

120 -dən çox ölkədə 21 iyun tarixində qeyd olunan Musiqi Bayramı Fransada 1982-ci ildə yaranmışdır. Musiqini qeyd etmək üçün yaranmış bu bayram həmçinin müxtəlif musiqi üslublarında fəaliyyət göstərənlərə  «Musiqi ilə məşğul olun» lozunqunu ünvanlamışdır. 

 

Müasir frankofon musiqiçilərinin fəaliyyətini kəşf etmək üçün Culturetheque-də mövcud pleylist.

Culturetheque-də musiqiyə qulaq asmaq imkanının olduğunu bilirdiniz ? Fransız və bir çox əcnəbi musiqiçilər. Culturetheque -ə üzv olduğunuz təqdirdə ödənişsiz, reklamsız, limitsiz musiqiyə qulaq asa bilərsiniz ! Musiqi Bayramı münasibətilə sizi 5 fransız musiqiçisini kəşf etməyə dəvət edirik  : Gaël Faye, Vianney, L’Impératrice, BagarreFrancoeur. Daha ətraflı Facebook və İnstagram səhifəmizdə !

Culturetheque hesabınız yoxdur ? Məlumat xarakterli hazırladığımız videodan necə üzv olmaq və qeydiyyatdan keçməyi tapa bilərsiniz. ! 

« Seçiminiz If Cinéma »-nın Musiqi Bayramına özəl təqdim etdiyi seçmə filmlər

İlboyu davam edən « Seçiminiz If Cinéma » film festivalı 10 iyun – 10 iyul tarixlərində proqramını musiqiyə həsr edir ! Musiqi üslublarını kəşf etmək üçün seçmə 4 ingilis və rus dillərinə alt-yazıları ilə film. Klassik musiqi,pop, elektro, rumba və hamısı ödənişsiz qaydada  !

Əlavə məlumat üçün hazırladığımız video çarxa baxın  !

 

Paris Operasının 3ème Scène layihəsi çərçivəsində hazırladığı 3 qısametrajlı film.

« Seçiminiz If Cinéma » platformasından Paris Operasının 3ème Scène layihəsi çərçivəsində hazırladığı 3 qısametrajlı filmə baxa bilərsiniz. « Seçiminiz If Cinéma » platformasında mövcud qısametrajlı filmlər ingilis, ispan və portuqal dillərində alt-yazıları ilə mövcuddurlar. 3ème Scène layihəsi çərçivəsində hazırlanmış digər filmləri izləmək üçün irəlidəki linkə (Paris Operasının rəsmi saytı) daxil ola bilərsiniz (https://chezsoi.operadeparis.fr/3e-scene).

 

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow