MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Seçiminiz İF Cinéma – nın Kan Festivalına özəl buraxılışı : fransız filmləri onlayn və tam ödənişsiz. 10 may – 10 iyun 2021

Seçiminiz İF Cinéma-nın «Kan Festivalı» - na özəl xüsusi buraxılışı. Ənənəvi olaraq may* ayında keçirilən dünya üzrə ən mötəbər kino festivalı olan Kan Festivalına namizəd 4 fransız filmini ( fransız, ingilis, rus və biri türk dilində altyazıları ilə mövcud) 10 may – 10 iyun tarixlərində izləyə bilərsiniz.

*Festivalın 2021-ci il buraxılışı istisna olaraq iyul ayında keçiriləcək.  

 

« Seçiminiz IF cinéma » 

 

Pandemiyanın ilk başlarından dünyanın əksər ölkələrində kinoteatrlar ictimaiyyətə bağlandılar. İF Cinéma platforması vasitəsilə kinematoqrafiyanı insanların həyatlarından uzaqlaşdırmamaq üçün Fransız İnstitutu 2020-ci ildə « Seçiminiz IF cinéma » layihəsini hazırladı. Layihənin prinsipi ? Çarpayınızdan qalxmayaraq, tam ödənişsiz, onlayn şəkildə fransız filmlərinə baxmaq imkanı. 

 

2021-ci ildə qadın rejissorlar silsiləsi, Frankofoniya və Ətraf Mühit silsilə filmlərdən sonra sıra gəldi 10 may – 10 iyun tarixlərində beynəlxalq kinematoqrafiya üçün ən mötəbər festival sayılan Kan Festivalında yer alan filmlərə. 

 

10 may – 10 iyun tarixlərində təqdim olunacaq filmlər

 

Bir ay ərzində keçmiş festivalda seçilmiş filmlər sırasından 4 bədii film. Filmlər fransız dilində müxtəlif dillərə altyazıları ilə mövcuddurlar (fransız, ingilis, rus, türk…).

 

- Matyö Amalrikin « Barbara » filmi. Barbaranı bir aktrisa film üçün canlandıracaq və çəkiliş qısa zamanda başlayacaq. O, Barbaranın şəxsiyyəti üzərində, səsi, mahnıları, hərəkətləri, geyimləri, səhnə üzərində məşq edir və getdikcə bu obraz onu vahimə edir

 

- Paskal Ferranın « Bird People » filmi. Ruasi beynəlxalq hava limanında tranzit uçuşunu gözləyən bir informatika elmləri üzrə mühəndis oteldə həyatının axarını dəyişmək qərarına gəlir. Bir müddət sonra qeyri-adi bir hadisədən sonra oteldə olan bir gənc xanım həyatının taleyinin dəyişdiyinin şahidi olur. 

 

- Filip Lakostun « Run » filmi. Run qaçır… O, ölkəsinin Baş Nazirini qətlə yetirir. Bu səbəbdən o ruhi xəstə obrazına girərək şəhərdə dolanır. O, öz həyatının sahibi deyil. Hər birindən qaçaraq digəri ilə rastlaşır. Buna görə onun adı Run -dır. 

 

- Loran Kantenin “L’Atelier” filmi. Siota şəhəri, yay 2016. Antuan bir neçə gənc ilə birgə cəmiyyətə inteqrasiya çərçivəsində təşkil olunmuş yazı dərnəyində iştirak edir. Dərnəyin aparıcısı tanınmış yazıçı Oliviyadır. Dərnəkdə şəhərin içsi qüvvəsinin keçmişi haqqda, 25 ildir fəaliyyət göstərməyən hava nəqliyyatı anbarı haqqda bəhs edilir və Antuana bu olduqca darıxdırıcı gəlir. 

 

Filmləri necə izləmək olar ?

Çox asan ! Linkə daxil olaraq 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow