MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransanın və Almaniyanın Azərbaycandakı Səfirliklərinin (7 may 2021-ci il) qadınlar və kişilər arasında Bərabərlik Müsabiqəsində ilkin seçilmiş beş namizədin dinlənilməsi

Fransa və Almaniyanın Azərbaycandakı Səfirliklərinin 2021-ci il "Gender Bərabərliyi Mükafatı" (Qadınlar və kişilər arasında Bərabərlik) müsabiqəsi çərçivəsində aprel ayı ərzində dərc etdikləri namizədlik müraciətindən sonra, cəmiyyətdə qadınların yerinin və hüquqlarının möhkəmləndirilməsi naminə perspektivli layihələri olan beş namizəd hər iki səfirliyin ortaq komandası tərəfindən ilkin olaraq seçildi. 7 may tarixində, onların hər biri Almaniya Səfirinin İqamətgahının bağçasında (bu isə hazırki pandemiya şəraitində qüvvədə olan sanitariya təlimatlarına riayyət etməyə imkan verdi) 7 nəfərdən (5 qadın və 2 kişi) ibarət münsiflər heyəti qarşısında müvafiq layihələrini təqdim və müdafiə etdilər . Münsiflər heyəti Fransa təfəfdən Zakari QROS və Almaniya tərəfədən Volfqanq MANİQ olmaqla iki səfir və bir çox təcrübəli şəxslərdən ibarət idi: qadın hüquqlarının təşviqi üzrə fəaliyyət göstərən bir çox QHT-lərin (WARD, Azerbaijan Business Women, Gender Hub Azerbaijan) Sədrləri, tərkibində xüsusi qadın komitəsi olan Fransa-Azərbaycan ticarət Palatasının Sədri və Almaniya Səfirliyinin birinci müşaviri.

 

Təqdim edilən beş layihə aşağıdakılardır: Azərbaycan kənd sektoru qadınları Assosiyasiyası, Elm sahəsində Azərbaycan qadınları Assosiyasiyası, FemTech platforması, Lea platforması və "Azərbaycanın 100 qızı" assosiyasiyası layihəsi. 

 

Bu müsabiqənin nəticəsi Birinci Mükafatın rəsmi təqdim edilməsi Mərasimi münasibətilə 31 may tarixində elan ediləcəkdir. Müsabiqənin qalibi iyul ayında insan haqları üzrə Paris Siyasi Elmlər Yay Məktəbinə qeydiyyat (pandemiya vəziyyətinin dəyişməsinə uyğun olaraq Fransada və ya onlayn) və həmçinin Almaniyada bir şirkət ilə praktiki tanıtma səyahəti qazanacaqdır (Pandemiya vəziyyətinin dəyişməsinə uyğun olaraq tarix təsdiq olunacaqdır).

 

Digər dörd namizəd də Mərasimə dəvət olunacaqdır və onların hər birinə bir heykəlcik və müsabiqədə iştiraklarını təsdiq edən fəxri diplom təqdim olunacaqdır. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow