MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

“Gender Hub Azerbaijan” tərəfindən Beynəlxalq Qadınlar Günü üçün təşkil edilən onlayn konfrans

8 Mart 2021-ci il Beynəlxalq Qadınlar Günündə, Fransanın Azərbaycandakı səfiri Zacharie Gross, "Gender Hub Azerbaijan" platformasının təşəbbüsü ilə təşkil edilən "Hamı üçün bərabər imkanlar: Azərbaycanda qadınların hüquqlara çıxışı'' adlı onlayn konfransda iştirak etdi.

 

Konfransın əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təşviqi və təbliğatı istiqamətində görülə biləcək işlər və çıxış yolları haqqında müzakirələr aparmaq idi. İctimai müzakirəyə 100-dən çox iştirakçı şəxs qoşulmuşdu. Bu da mövzunun nə qədər aktual olduğunun götəricisidir.

 

Səfir Zacharie Gross BMT Qadınların təşkil etdiyi, Fransa və Meksikanın həmsədrləri olduğu « Nəsil Bərabərlik Forumu »nu elan etdi. Bu beynəlxalq forum tamamilə onlayn formatda Parisdən 30 iyun - 2 iyul 2021-ci il tarixləri arasında keçiriləcək. Bu, 1995-ci il Pekin konfransından bəri gender bərabərliyinə həsr olunmuş ən böyük beynəlxalq tədbirdir. Gender əsaslı zorakılığa qarşı mübarizə də daxil olmaqla tədbirə altı mövzu seçilmişdir: özünə nəzarət hüququ, cinsi və reproduktiv sağlamlıq və hüquqlar ; və ya feminist hərəkatlar və liderliyə aid olan mövzular.

 

Məqsəd eyni zamanda mədəniyyət və yaradıcılıq sənayesində gender stereotiplərinə qarşı bir razılaşmanın yaradılması və səhiyyə işçiləri arasında gender bərabərliyi təşəbbüsüdür. 

 

Bundan başqa Səfir, 1960 və 1970-ci illərdəki feminist mübarizələrdən tutmuş ən son yeniliklərə - 2017-ci ildə gender bərabərliyinin Emmanuel Makron tərəfindən Beşilliyin ən önəmli mövzusuna çevrilməsi məsələsinə toxunaraq, Fransada son onillikdə qadın hüquqlarının inkişafı barədə qısa məlumat verdi. 

 

Konfrans, İstanbul Konvensiyasının qadın hüquqlarının qorunmasına təsiri, feminizm anlayışı, sənət və qadın hüquqlarının qorunması kimi digər maraqlı və önəmli mövzular barədə müzakirə aparan Avropa Şurasının Bakıdakı nümayəndəliyini, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Azərbaycandakı nümayəndəliyini, feministləri, aktivistləri və digər təmsilçiləri bir araya gətirdi. Buu konfrans "Gender Hub Azerbaijan" platformasının həmtəsisçisi və 2020-ci ildə Fransa səfirliyi tərəfindən təşkil edilən "Gender bərabərliyi müsabiqəsi" nin qalibi Məryəm Məcidovanın moderatorluğu ilə həyata keçirildi. 

 

Gender Hub Azerbaijan press-relizini buradan oxuya bilərsiniz : https://www.movqe.az/news/siyaset/181183.html 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow