MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

« Mənə aşiq ol, əgər cəsarətin varsa » filmin nümayişi

jeux

İFA-nın kino klublarında yenilik!

Bu cümə axşamından etibarən kino klubları gənc kinosevər Xalida Əlimirzayeva aparacaq. O, tanınmış fransız filmlərini təqdim edib, Sizi, nümayişin sonunda film ətrafında müzakirələrə dəvət edəcək.

Xalida Əlimirzayeva Bakıda anadan olub Norveçdə xarici dilləri öyrənib. O, 9 ildir ki idman sahəsində işləyir. Gənc yaşlarından kino sahəsinə xüsusi maraq göstərir və kino izləmənin insana böyük müsbət təsirinə inanır.

29 mart cümə axşamı, saat 19.00
Yann Samuelu\in Mənə aşiq ol, əgər cəsarətin varsa filmi (2003)
Film fransızca ingilis alt-yazıları ilə

Anası xərçəng xəstəliyinə yoluxmuş və ölmək üzrə olan Jülyen və köçkünlüyün çətinliyi ilə başa çıxmağa çalışan Sofi arasında xüsusi bir bağ vardır. Bu bağ oynadıqları cəsarət oyunu sayəsində güclənir. Biri digərinə cəsarət tələb etdirən, məsələn, imtahana lifçiklə getmək, məktəbin ən güclü uşağını şilləmək kimi çətin tapşırıqlar verməkdir. Zamanla həyatın çətinlikləri də bu oyunun bir hissəsi halına gəlir. Bu oyun iki dost arasında böyük bir eşqi alovlandırarkən eyni şəkildə bir-birlərinə qovuşmalarına da mane olur.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow