MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

« Sevilən insanlar » filmin nümayişi

Des gens qui s'embrassent

Fevral ayının şirin bayram günləri yaxınlaşır. Sevilib sevilən insanlar şərəfinə, Müqəddəs Valentin Sevgililər günü münasibətilə İFA-nın kino klubu sizləri Daniyel Tomsonun filminə baxmağa dəvət edir.

15 fevral cümə axşamı saat 18:30
Daniyel Tomsonun Sevilən İnsanlar (2013) filmi
Film fransızca fransız alt yazıları ilə nümayiş olunacaq.

Giriş yalnız kitabxana yaxud kurslardan qeydiyyatdan keçənlər üçün!

Sevilən İnsanlar, Daniyel Tomson (2013)

Aralarında böyük fərqlər olan iki qardaşın bir birinə qarşə davranışı, Roninin qızının toyu ərəfəsində, Zefin arvadının cənazəsini keçirməyi daha da mürəkkəbləşdirir. Onları birləşdirən, yaddaş itkisi yaşayan qoca ataları və qızlarının bir biri ilə yaxşı əlaqə saxlamaqlarıdır. Anlaşılmazlıqlar, xəyanətlər, qarşı çıxmalarla dolu anlar ailənin yaşayışına böyük zərbə vururlar. Lakin, buna baxmayaraq hekayənin sonunda böyük bir, hətta iki sevgi yaranır.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow