Bakı Oxbridge Academy məktəbinin İFA-ya səfəri
Bu bazar ertəsi 11 mart Bakı Oxbridge Academy məktəbinin 6-cı sinfinin 14 şagirdi Azərbaycanda Fransız İnstitutuna müəllimələri Günay Babayevanın müşayiətilə səfər ediblər.
Bu münasibətlə İnstitutun fransız dili müəllimi Elnurə Məmmədova və təcrübəçi müəllim Zoe Ovre şagirdləri qarşılayıb onlara gələcək Olimpiya Oyunları 2024 mövzusunda maraqlı dərnək təklif ediblər.
Şagirdlər müxtəlif idman növləri ilə əyləncəli və interaktiv şəkildə tanış olublar və bəzilərini üz mimikaları ilə nümayiş etdiriblər.
Fransız dili ətrafında qurulan bu dərnəkdə iştirakları üçün müəllim və şagirdlərə eləcə də Bakı Oxbridge Academy məktəbinə təşəkkürümüzü bildiririk.