MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

“Qadınlara qarşı zorakılığa son qoymaq naminə hamımız BİRLİKDƏ” kampaniyası çərçivəsində iki film nümayişi

BMT, Fransa Səfirliyi və Azərbaycan Fransız İnstitutunun təşkilatçılığı ilə “Qadınlara qarşı zorakılığa son qoymaq naminə hamımız BİRLİKDƏ” kampaniyası ilə dünyada gender əsaslı zorakılığa qarşı 16 günlük fəaliyyət çərçivəsində sizi dekabr ayının 6 və 7-i saat 19:00-da Landmark kinoteatrında iki filmin nümayişinə dəvət edirik :

Blandine Lenoir-ın rejissoru olduğu Annie Colère filmi. Bu film 1970-ci illərdə Fransada qadınların abort uğrunda mübarizəsindən bəhs edir.(6 dekabr saat 19:00 – filmin orijinal fransız versiyası, ingilis dilində altyazı)

Rejissoru Vax Yox təşkilatı olan, Fransa və Almaniyanın Azərbaycandakı səfirliklərinin birgə istehsalı olan bu sənədli film Onun uğurunu dəstəkləyək adlanır. Film hər iki səfirliyin birgə təşkil etdiyi Gender Bərabərliyi Mükafatının qalibi olan qadınların sadiqliyinə, eləcə də onların Azərbaycan cəmiyyəti daxilində emansipasiya layihələrinə toxunur. (7 dekabr saat 19:00 – Azərbaycan dilində sənədli film, ingilis dilində subtitrlə).

Mövcud yer çərçivəsində giriş pulsuzdur.

visuel couverture

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow