MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Campus France Azərbaycan A2 International Education Fairs və Begin Group sərgilərində

Campus France Azərbaycan A2 International Education FairsBegin Group sərgilərində Fransada təhsil almaq üçün sənəd qəbulu prosedurunun açıq olduğu bu vaxtda (15 yanvar tarixinə qədər müraciət edin, https://www.ifa.az/az/node/1210 ) Campus France Azərbaycan komandası Fransada təhsili tələbə sərgilərində təbliğ edir.

 

Son günlər Bakıda keçirilən Begin və A2 Beynəlxalq Təhsil Sərgilərində Fransada təhsil almaq istəyən yüzlərlə tələbə ilə tanış olduq. Fransız ali təhsil müəssisələri ingilis və ya fransız dillərində tədris olunan dərslər, münasib təhsil ödənişləri və çoxsaylı təqaüd imkanları ilə beynəlxalq səviyyədə tanınan diplomlar üzrə yüksək keyfiyyətli təhsil təklif edir. Ətraflı məlumat üçün Campus France saytına daxil olun: https://www.campusfrance.org/en 

 

Bu iki sərgini qaçıranlarınız üçün 18 və 19 noyabr tarixlərində Hilton otelində təşkil olunacaq Avropada Təhsil sərgisinə və ya elə indi Institut Français d'Azerbaïdjan gəlin!

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow