MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

ANİMAFİLM beynəlxalq animasiya Festivalının 6 -cı buraxılışı : 6-10 sentyabr (Nizami kinoteatrı)

Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanda fransız İnstitutu ənənəvi olaraq bu il də 6-10 sentyabr tarixlərində Bakıda baş tutacaq (Nizami kinoteatrı) ANİMAFİLM beynəlxalq animasiya Festivalına öz töhvələrini verəcək və dəstəklərini əskik etməyəcəklər. ANİMAFİLM öz 6 -cı buraxılışını qadınların hüquqları mövzusuna həsr edəcək. Bu münasibətlə müsabiqədən kənar «  La Vie de château » («  Qəsrin həyatı ») filmi orijinal dilində Azərbaycan dilinə altyazılarla ümumilikdə isə 3 fransız animasiya filmi nümayiş olunacaq. Festivalla tərəfdaşlığı nəzərə alaraq Fransanın Azərbaycandakı səfirliyi "Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi" kateqoriyasında qalib gələcək filmin rejissoruna dünya miqyasında mötəbər Annecy beynəlxalq animasiya film Festivalında gələn ilin iyun ayında iştirak üçün səfər hədiyyə edəcək. Festivalın beynəlxalq münsiflər heyətində fransalı animasiya filmləri rejissoru Olivye Katrən də yer alacaq. 

 

Ətraflı məlumat və proqram BURADAN

Biletləri əldə etmək BURADAN

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow