MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

"Chansons sans frontières" ( "Sərhəd tanımayan mahnılar" ) müsabiqəsinin 18-ci buraxılışı

ESCALADER LE CIEL ( səmaya səyahət ), bu fransız dilində mahnı sözləri yazmağı təklif edən 18-ci beynəlxalq yazı müsabiqəsinin mövzusudur. 

 

Biz vaxtaşırı özümüzü zirvələrdə görmək istəyirik. Səmaya səyahət deyəndə limitlərimizi aşıb xəyallarımıza çatmaq arzusunda ola bilərik. Bu həmçinin özümüzə güvənməkdir, bizə uzadılan əldən tutaraq yolumuzu aşanlaşdırmaqdır. Mərhələləri bərtərəf etmək, zirvələrə qalxmaq, uğur qazanmaqdır !

 

Müsabiqənin qalibinə Fransaya 2 nəfərlik tam ödənişli səyahət təklif olunacaq. 

Digər 5 qalibə isə 500€, 400€, 200€, 150€ və 100€ dəyərində məbləğ hədiyyə ediləcək. 

 

19 noyabr 2023 tarixinədək iştirak edə (mahnı sözlərini yazıb göndərmək) bilərsiniz ! Müsabiqə hamıya, Fransadan olanlar istisna olmaqla, açıqdır. 

 

Müsabiqədə iştirak qaydaları və şərtlərlə BURADAN tanış ola bilərsiniz. 

chansons sans frontieres 2023

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow