MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransız arxeoloji missiyasının“Böyük Kəsik” qazıntı ekspedisiyası

Xarici İşlər Nazirliyinin birgə maliyyələşdirdiyi Fransanın "Böyük Kəsik" arxeoloji ekspedisiyası Qaraçinarda (Goranboy bölgəsi) yay qazıntı kampaniyasını bu həftə başa çatdırıb.

 

2006-cı ildən Azərbaycanda yaradılmış və professor Palumbinin komandası ilə Elmlər Akademiyası, Arxeologiya İnstitutu və Bakı Dövlət Universitetindən olan azərbaycanlı tərəfdaşları əməkdaşlıq edərək, Kür çayı vadisində və Kiçik Qafqaz dağlarında, Tunc Dövrünün 6-cı minilliklər və xüsusilə Kür-Araz mədəniyyətinə aid olan eramızdan əvvəlki cəmiyyətlərin, iqtisadiyyatı və mədəniyyətinin tədqiqi üzrə tədqiqatlarını davam etdirir. Onun tədqiqatları xüsusilə yerli cəmiyyətlərin Cənubi və Şimali Qafqazın müxtəlif bölgələri, eləcə də Avrasiya çölləri və Yaxın Şərq (İran, Anadolu, Mesopotamiya) cəmiyyətləri ilə qarşılıqlı əlaqələrini aydınlaşdırmaq məqsədi daşıyır.

 

Elmi jurnallarda 40-a yaxın nəşri olan, monoqrafiya və 30-a yaxın təqdimat (konfrans, kollokvium və s.) hazırlayan və qazıntılardan əldə edilən məlumatlara həsr olunmuş bir neçə doktorluq dissertasiyasının yaranmasına səbəb olan “Böyük Kəsik” missiyası Azərbaycanın və regionun keçmişinin dərk edilməsinə və xüsusən eramızdan əvvəlki irsinin işıqlandırılmasına öz töhfəsini verir.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow