MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Azərbaycan Dillər Universitetində diplom təqdimatı (4 iyul 2023)

Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon 4 iyulda Azərbaycan Dillər Universitetində tələbələrə diplomların təqdim olunması mərasimində iştirak etdi.

 

Rektor cənab Kamal Abdullayevin, kafedra rəhbərlərinin, müəllimlərin və dəvət olunmuş diplomatların iştirak etdiyi tədbirdə xanım səfir yeni diplom əldə etmiş tələbələri təbrik etdi, xüsusilə də öz peşəkar kariyeralarını qurmaq üçün fransız dilini seçmiş tələbələrə təşəkkürünü bildirdi.

 

Təxminən 600 müəllim və 4500 tələbəsi olan universitet bir sıra beynəlxalq tərəfdaşlıq, xüsusilə də Ruan Universitetilə münasibətlərini inkişaf etdirir. Həmçinin, Fransız Azərbaycan İnstitutu ilə də müntəzəm əməkdaşlıq münasibətləri qurulur (fransız dilinin tədrisi üzrə bir müəllimlə təmin olunması, İFA-da təcrübə keçən tələbələrin qəbulu və s.).

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow